Estoniyada təhlükə: NATO qırıcıları havaya qaldırıldı

Səhər saatlarında Estoniyanın cənub-şərq və cənub bölgələrində dron təhlükəsi ilə əlaqədar hava həyəcanı elan edilib.

Bu barədə ERR məlumat yayıb.

Məlumata görə, Estoniya Silahlı Qüvvələri səhər saatlarında bir sıra dairədə – Tartuma, Yıqevama, Vilyandima, Valqama, Viruma və Pilvama bölgələrində hava təhlükəsi ilə bağlı xəbərdarlıq yayıb.

Dron təhlükəsi səbəbindən NATO-ya məxsus qırıcı təyyarələr də havaya qaldırılıb.