“Grand Theft Auto VI” oyununda klassik musiqi sevərlər üçün maraqlı yenilik

“Grand Theft Auto VI” oyununda klassik musiqi sevərlər üçün də maraqlı yenilik hazırlanıb.

Oyunun radio stansiyalarından biri olan Symphony FM-ə məşhur pianoçu Yuca Vanq aparıcılıq edəcək.

O, oyun üçün özünün seçdiyi 16 klassik musiqi əsərindən ibarət proqram hazırlayıb. Siyahıda Frans List, İohann Sebastyan Bax, Pyotr Çaykovski, Qustav Mahler, Jan Sibelius və digər bəstəkarların əsərləri yer alır.

Ən maraqlı məqam isə musiqinin oyunun dünyası ilə gözlənilməz şəkildə birləşdirilməsidir. Oyunçu avtomobillə şəhəri gəzərkən Çaykovskinin simfoniyasını dinləyə, vertolyotla uçarkən Listin musiqisini eşidə, hətta Mahlerin əsəri fonunda oyundakı cinayət missiyalarını yerinə yetirə biləcək. 24 radio stansiyasından biri olan Symphony FM klassik musiqini milyonlarla oyunçuya çatdırmaq baxımından da diqqətçəkən addımdır. Layihə həm videooyun, həm də klassik musiqinin yeni auditoriya qazanması üçün maraqlı nümunə sayıla bilər.