Azərbaycan Texnologiya Universiteti kafedra müdiri və dosent vəzifələrinə müsabiqə elan edib.
Universitet “Humanitar elmlər və multikulturalizm” kafedrasına müdir, “İqtisadiyyat” kafedrasına isə dosent axtarır.
Namizədlər tələb olunan sənədləri rektorun adına yazılmış ərizə ilə birlikdə elan dərc edildiyi tarixdən bir ay ərzində təqdim edə bilərlər.
Sənədlər Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti 103 ünvanında qəbul olunur.