Ağsuda ağacın altında qalan uşaq ölüb

Ağsu rayonunda güclü külək nəticəsində qırılan çinar ağacı uşağın üzərinə düşüb.

Trend-in məlumatına görə, 2020-ci il təvəllüdlü Ramal Abdullayev atasına məxsus torpaq sahəsində xırdabuynuzlu heyvanları otararkən ağacın altında qalaraq ölüb.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.