Aktyor Ülvi Həsənlinin başına iş gəlib.
O pilləkəndən yıxılıb.
Bu barədə o, sosial şəbəkə hesabında bildirib. Aktyor yıxıldığı anın anbaan görüntülərini instaqram izləyiciləri ilə bölüşüb.
"Doğrudan da Allah saxlayanda saxlayır. Yaxşı qurtardım. Göz-nəzəri olanın özünə qayıtsın. Düzdür, bir az vəziyyətim yaxşı deyil, belimdə, boynumda pis ağrılar var, amma şükür ki, lap ağır vəziyyətdən Allah qorudu" -deyə Ülvi bildirib.
Sözügedən kadrları təqdim edirik: