Dağıstanda məhbusun milyonluq qumar biznesi üzə çıxdı

Rusiya İstintaq Komitəsinin Dağıstan Respublikası üzrə İstintaq İdarəsi cəzaçəkmə müəssisələrindən birində cəza çəkən məhbus barəsində cinayət işi açıb. O, 2017-ci ilin avqustundan 2026-cı ilin sentyabrınadək Mahaçqala yaxınlığındakı Zaqorodnı qəsəbəsində yerləşən koloniyada kartla qumar oyunları təşkil etməkdə şübhəli bilinir.