"İran bizim üçün işləyir" - Hizbullah

"Biz İran üçün işləmirik, əksinə İran bizim üçün işləyir və məsuliyyət yükünü bizim xatirimizə çiyinlərində daşıyır".

Bunu Livan Hizbullahının baş katibi Nəim Qasım Haşim Səfiəddinin «Nəhcül-bəlağənin şərhi» ensiklopediyasının təqdimatında İranla əlaqələrin vacibliyini vurğulayarkən deyib.

O, çərçivə sazişinin nəticəsiz qaldığını və 🇮🇱 İsrailin Livana hücumlarının genişlənməsinin qarşısını İranın aldığını iddia edib.

Qasım həm də Livan prezidenti Cozef Aunu Müstəqillik Günü çıxışına görə tənqid edib və 🇺🇸 ABŞ-ni Livan rəsmilərinə İsrailə güzəşt üçün təzyiq göstərməkdə ittiham edib.