Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək.Bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, Serbiya parlamentinin sədri və dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Çupiç prezident seçkilərinin dekabrın 27-də keçirilməsi barədə qərar imzalayıb.
“Konstitusiyanın müvafiq maddəsinə uyğun olaraq, Serbiya prezidentinin seçkilərini dekabrın 27-nə təyin edirəm”, - Çupiç sənədi imzaladıqdan sonra bildirib.
Daha əvvəl Çupiç oktyabrın 25-də keçirilən parlament seçkilərində qalib gələn “Tələbə siyahısı” hərəkatının prezidentliyə namizədinin olduğunu, lakin onun adının açıqlanmadığını deyib.
Namizədin “Tələbə siyahısı”nın həmtəsisçilərindən biri, Serbiya Elm və İncəsənət Akademiyasının akademiki, Belqrad Dövlət Universitetinin Kimya fakültəsinin professoru Radomir Saiçiç olacağı gözlənilir.