Küveytdə İranın pilotsuz uçuş aparatları (PUA) ilə strateji obyektə hücumu nəticəsində 2 İtaliya vətəndaşı ölüb.
Bu barədə İtaliyanın ANSA informasiya agentliyi məlumat yayıb.
Həlak olanlar Almaniyanın “Rheinmetall” müdafiə konserninin mülki texniki mütəxəssisləri olublar.
Küveyt Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Səud Əbdül Əziz əl-Utayyanın sözlərinə görə, hadisə nəticəsində Küveyt və Pakistan vətəndaşları da yaralanaraq xəstəxanaya yerləşdiriliblər.
Küveyt Silahlı Qüvvələrinin bəyanatına əsasən, hücum nəticəsində maddi ziyan da dəyib.