Babasının 1500 manatını oğurladı, həbs olundu

Xaçmazda silsilə oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az-a istinadla, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Orucov saxlanılıb.

Araşdırmalarla onun müxtəlif vaxtlarda babasına məxsus evdən 1500 manat pul oğurladığı, daha sonra isə rayon ərazisində 5 avtomobilin şüşələrini sındıraraq salonlarından maqnitofon və səs gücləndiricilərini taladığı müəyyən edilib.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə E.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.