Qlobal aviasiya şirkətlərinin mənfəəti yanacaq qiymətlərinə görə kəskin azalıb

Yaxın Şərqdə şiddətlənən münaqişələr və təyyarə yanacağının qiymətlərinin sürətlə artması ilə birlikdə qlobal aviasiya şirkətlərinin mənfəətini də azaldıb.

Bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)məlumat verib.

Məlumata əsasən, ümumi yanacaq xərclərinin bu il 40% artaraq 350 milyard dollara çatacağı, mənfəətin isə ötən ilki 45 milyard dollardan 23 milyard dollara düşəcəyi proqnozlaşdırılır.

Reaktiv yanacağın (Jet A-1) qiyməti isə oktyabr ayının sonuna qədər illik müqayisədə 96% artımla 164,39 dollara çatıb və yanacaq xərcləri ümumi əməliyyat xərclərinin təxminən üçdə birini təşkil edib.

Əlbəttə ki bu, dünyanın aparıcı aviaşirkətləri ilə təsirsiz ötüşməyib.

Qeyd olunub ki, qlobal aviaşirkətlərin xərcləri ilin əvvəlindən bəri təyyarə yanacağının qiymətlərinin kəskin artması nəticəsində kökündən dəyişib.

Dubayda yerləşən “Emirates Group” şirkəti, 2026-2027 maliyyə ilinin birinci yarısında 4,1 milyard dirhəm (1,1 milyard ABŞ dolları) mənfəət və 66,2 milyard dirhəm (18 milyard ABŞ dolları) gəlir əldə etdiyini bildirib.

Oxşar mənzərə Əbu-Dabidə yerləşən “Etihad Airways” şirkətində də yaranıb. Keçən il rekord səviyyədə 708 milyon dollar mənfəət əldə etdiyini bildirən şirkət, artan təyyarə yanacağının qiymətləri səbəbindən bu il xərclərini bərabərləşdirəcəyini açıqlayıb.

Qətərin “Qatar Airways” şirkətinin 2025/2026 maliyyə ili üçün mənfəəti hava məkanına qoyulan məhdudiyyətlərin və artan kapital xərclərinin təsiri səbəbindən illik olaraq təxminən 7 faiz azalaraq 1,94 milyard dollara düşüb.

Bundan əlavə, ABŞ-nin əsas aviaşirkətləri üçüncü rübdə artan yanacaq xərclərinin birbaşa təsirini hiss ediblər.

“American Airlines” ümumi gəlirinin 19,3 faiz artıraraq 16,3 milyard dollara çatmasına baxmayaraq, üçüncü rübdə zərər etdiyini bildirib. Yanacaq xərcləri illik müqayisədə 67,5 faiz (1,9 milyard dollar) artaraq 4,63 milyard dollara çatıb.

“Delta Air Lines” şirkətində üçüncü rübdə tənzimlənmiş yanacaq xərcləri 62 faiz artaraq 4,14 milyard dollara çatıb. Rəhbərlik illik yanacaq xərclərinin ötən illə müqayisədə 6 milyard dollar artacağını bildirib.

Həmçinin bu hadisədən təsirlənən Avropa şirkətləri də bilet qiymətlərini artırmaqla gəlirliliyi qorumağa çalışıblar.

Almaniyanın “Lufthansa” şirkəti yüksək bilet qiymətləri sayəsində gəlirlərini 9 faiz artıraraq 12,24 milyard avroya çatdırıb.

Fransanın “Air France-KLM” şirkəti vahid gəlirlərini 7% artıraraq 1,35 milyard avro əməliyyat mənfəəti əldə edib.

Bununla yanaşı, “Türk Hava Yolları” ilin üçüncü rübündə 929 milyon dollar əməliyyat mənfəəti əldə etməyi bacarıb.

“Türk Hava Yolları”nın ümumi yanacaq xərcləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 56,4 faiz artaraq 6,93 milyard dollara çatıb.