Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) kiberhücumun hədəfinə çevrilib.
Bu barədə jurnalist Rob Harris sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, FIFA quruma qarşı kiberhücumun həyata keçirildiyini təsdiqləyib. Bildirilib ki, şəxsi və kommersiya məlumatlarının məhdud bir hissəsinə icazəsiz giriş əldə olunub.
Qurum hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdiyini bildirib.