Kənd Təsərrüfatı Nazirliyində yeni şöbə yaradılıb və ona rəhbər təyin edilib.
Oxu.az-a istinadən, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Ayaz Museyibov Regional koordinasiya və aqrar inkişaf proqramları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, A.Museyibov 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə ixtisası üzrə bakalavr, 2014-2017-ci illərdə Maliyyə menecmenti ixtisası üzrə magistr təhsili alıb. 2020-2024-cü illərdə doktorantura təhsili alıb və 2025-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.
Bu təyinata qədər isə o, müxtəlif dövlət və özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb.