Kənd təsərrüfatı nazirinin sabiq müavini Sarvan Cəfərov yeni vəzifəyə təyin edilib.
“unikal.az”a istinadla, S.Cəfərov Prezident Administrasiyasında kənd təsərrüfatı üzrə məsul vəzifəyə - şöbə müdiri təyin olunub.
Qeyd edək ki, o, 2020-ci ildən 2026-cı ilədək kənd təsərrüfatı nazirinin müavini postunu tutub.
Bu ilin yanvarında isə nazir müavini vəzifəindən azad olunaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri təyin edilmişdi.