Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 26-da Slovakiyaın Baş prokuroru Maroş Jilinka ilə görüşüb.
Nazirlər Kabinetindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Slovakiya arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafından məmnunluq ifadə edilib, qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşdirilməsi üçün geniş potensialın mövcud olduğu vurğulanıb.
İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin dinamikası yüksək qiymətləndirilib, bu sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub.
Bu baxımdan, Azərbaycan və Slovakiyanın baş prokurorluqları arasında bu gün imzalanan əməkdaşlıq proqramının əhəmiyyətinə toxunulub.
Görüşdə Baş prokuror Kamran Əliyev də iştirak edib.