Fransa Prezidenti Emmanuel Makron İspaniyanın Baş naziri Pedro Sançesin növbədənkənar seçkilərlə əlaqədar məşğul olması səbəbindən Avropa İttifaqının (Aİ) sammitində bu ölkəni təmsil edəcək.
Bu barədə “Euronews” məlumat yayıb.
Nəşrin məlumatına görə, Sançeslə Makron arasında yaxın şəxsi münasibətlər və möhkəm siyasi əlaqələr olduğundan Fransa Prezidenti Brüsseldə keçiriləcək sammitdə İspaniya adından iştirak edəcək.
Qeyd edək ki, noyabrın 29-da İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək.