Məşhur rusiyalı müğənni Alla Puqaçova uzun fasilədən sonra yenidən İnstaqram səhifəsində paylaşım edib.
77 yaşlı müğənni “Stories” bölməsində makiyajsız selfi paylaşıb və izləyicilərinin diqqətini çəkib.
Qeyd edək ki, 2022-ci ildə Puqaçova əri, yumorist Maksim Qalkin və əkiz övladları Liza və Harri ilə birlikdə İsrailə köçüb. Fələstin-İsrail münaqişəsi yenidən alovlandıqdan sonra isə ailə Kiprdə məskunlaşıb.