Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında görüşlərin həm Moskvada, həm də Tbilisidə keçirilməsinin tərəfdarı olduğunu bildirib.
Kobaxidzenin sözlərinə görə, tərəflər arasında danışıqlar növbəli şəkildə hər iki paytaxtda təşkil edilməlidir.
“Zurabaşvili ilə Qaluzinin görüşləri, əlbəttə ki, həm Moskvada, həm də Tbilisidə keçirilə bilər. Lakin belə bir yanaşma razılaşdırılarsa, əsas məsələ görüşlərin iki paytaxtda növbəli şəkildə baş tutmasıdır”, – deyə Gürcüstanın baş naziri jurnalistlərə açıqlamasında bildirib.