Azərbaycanəsilli türkiyəli aktyor Doğukan Güngör açıqlaması ilə marağa səbəb olub.
Ahmet Mümtaz Taylanın "Empati" verilişinə qonaq olan aktyor "Qarşılaşdığın ən böyük vəfasızlıq nə olub" sualına kədərli xatirəsi ilə cavab verib. O həm də həmkarı olan keçmiş sevgilisinə baş rol təklifi gələndə onu tərk etdiyini açıqlayıb:
"Baş rol təklifi gələndə məni tərk etdi".
Sosial şəbəkələrdə yayılan açıqlama müzakirələr yaradıb. Şərhlərdə bu aktrisanın Sıla Türkoğlu olduğu qeyd edilib.
Qeyd edək ki, aktyor hazırda "Haysiyet" serialında çəkilir.