"Bernli" İngiltərə futbolu tarixində yeni antirekord müəyyənləşdirib

İngiltərə Çempionşipi təmsilçisi "Bernli" qələbəsiz ev oyunlarının sayına görə ölkə futbolunda yeni antirekord müəyyənləşdirib.

ESPN-ə istinadən, "Birmingem"ə 0:2 hesablı məğlubiyyətdən sonra klubun bu göstəricisi 24 matça çatıb və artıq 403 gündür davam edir.

2025/2026 mövsümündə Premyer Liqanı tərk edən "Bernli" 2025-ci il oktyabrın 18-də "Lids"i üstələdikdən (2:0) bəri çempionatda doğma meydanda qələbə qazana bilmir. Bu müddət ərzində kollektiv evdə 12 dəfə uduzub və 12 heç-heçə edib. Əvvəlki rekord ardıcıl 23 ev matçında rəqiblərini məğlub edə bilməyən "Şeffild Uensdey"ə məxsus idi.

2026-cı ilin avqustundan "Bernli"ni çalışdıran Fabio Çelestininin rəhbərliyi altında komanda keçirdiyi 5 görüşdə 3 heç-heçə edib və 2 dəfə məğlub olub.

Qeyd edək ki, komanda 17 oyundan sonra 11 xalla Çempionşipin turnir cədvəlində 23-cü pillədə qərarlaşıb.