Rusiya və Ukrayna arasında həlak olan hərbçilərin meyitlərinin mübadiləsi həyata keçirilib

Bu barədə Rusiya Dövlət Dumasının deputatı, xüsusi əməliyyatlar üzrə parlament koordinasiya qrupunun nümayəndəsi Şamsail Saraliyev məlumat verib.

O, meyit mübadiləsinin 250-nin 22-yə nisbətində həyata keçirildiyini söyləyib. Bildirib ki, Moskva Kiyev tərəfinə 250 ukraynalı hərbçinin, Kiyev isə Moskvaya 22 rusiyalı hərbçinin meyitini geri qaytarıb.