Canlı yayımda söyüş söyən tiktoker saxlanıldı

Sosial şəbəkədə qeyri-etik paylaşımlar edən tiktoker saxlanılıb.

X.Bədəlova "TikTok" sosial şəbəkəsində özünə məxsus profildə canlı yayım açaraq, nalayiq ifadələr işlətdiyi üçün Sabirabad rayonunda polis tərəfindən saxlanılıb.

Onun barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.