Xalq artisti Elmira Şabanova dəfn edilib.
Xalq artisti Yasamal qəbiristanlığında dəfn olunub.
***
Xalq artisti Elmira Şabanova ilə Təzəpir məscidində vida mərasimi başa çatıb.
Vida mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Dövlət Agentliyinin rəhbəri Rəşad Əzizov, incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti Yasamal qəbiristanlığında dəfn ediləcək.
***
Xalq artisti Elmira Şabanova ilə vida mərasimi keçirilir.
Təzəpir məscidində baş tutan mərasimdə mərhum sənətkarın ailə üzvləri, sənət dostları və mədəniyyət xadimləri iştirak edirlər.
Qeyd edək ki, E.Şabanova ötən gün 86 yaşında dünyasını dəyişib. O, Yasamal qəbiristanlığında dəfn olunacaq.