Zakir İbrahimov özünə köməkçi təyin etdi

“AzerGold” QSC-nin İdarə Heyəti sədri Zakir İbrahimova köməkçi təyin olunub.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı QSC sədri müvafiq əmr imzalayıb.

Əmrlə, Orxan Şükürov bu vəzifəyə gətirilib.

O, həmçinin İdarə Heyəti Katibliyinin rəhbərinin müavini təyin olunub.