ABŞ-nin Bakıdakı səfirliyi iki gün işləməyəcək

ABŞ-nin Azərbaycandakı səfirliyi Şükran Günü ilə əlaqədar noyabrın 26 və 27-də fəaliyyət göstərməyəcək.

Bu barədə səfirliyin rəsmi açıqlamasında bildirilib.

Açıqlamada hər kəsə xoş və sevincli Şükran Günü arzulanıb.

Qeyd edək ki, ABŞ-nin Bakıdakı səfirliyinə hazırda Emi Karlon müvəqqəti işlər vəkili kimi rəhbərlik edir. O, 2025-ci il iyunun 23-də səfirliyin missiya rəhbərinin müavini vəzifəsində fəaliyyətə başlayıb. Həmin il iyulun 3-də isə müvəqqəti işlər vəkili təyin olunub.