Azərbaycanın qadın voleybolçulardan ibarət “DH Volley” komandası bu gün CEV Çelenc Kubokunda növbəti qarşılaşmasına çıxacaq.
Baş məşqçi Durval De Santana Nunyesin rəhbərlik etdiyi kollektiv mərhələnin ilk oyununda Polşanın LKS komandası ilə qarşılaşacaq.
Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Qeyd edək ki, “DH Volley” əvvəlki mərhələdə Danimarkanın “Holte” klubunu iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb. Azərbaycan təmsilçisi ilk görüşdə 3:1, cavab matçında isə 3:0 hesabı ilə qalib gəlib.