İran “MDB+” formatının iştirakçısı statusunu əldə edən ilk dövlət ola bilər.
Bunu MDB-nin baş katibi Sergey Lebedev deyib.
O bildirib ki, hazırda bu məsələ nəzərdən keçirilmə mərhələsindədir:
“Tehranın MDB ilə yeni formatda əməkdaşlıq etməkdə maraqlı olması İran Prezidenti Məsud Pezeşkian tərəfindən oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən Birlik sammitində açıqlanıb. Təşəbbüs MDB ölkələrinin marağına səbəb olub və əsasən müsbət qiymətləndirilib”.
Qeyd edək ki, “MDB+” formatı Birliyin təşkilata üzv olmaq niyyətində olmayan, lakin onunla əməkdaşlıqda maraqlı olan üçüncü ölkələrlə qarşılıqlı əlaqələrini genişləndirmək məqsədi daşıyır.