“WhatsApp” istifadəçilərə mesajları əvvəlcədən planlaşdıraraq müəyyən edilmiş tarix və saatda göndərmək imkanı yaradıb.
Yeni funksiya vasitəsilə mətn, foto, video və keçidləri 10 dəqiqədən 14 günədək təxirə salmaq mümkündür.
Mesajlar təyin olunmuş vaxtda avtomatik göndərilir. Bunun üçün telefonun internetə qoşulu və ya tətbiqin açıq olması tələb olunmur.
Planlaşdırılmış mesajlar başdan-başa şifrələmə ilə qorunur. İstifadəçilər göndərilməmiş mesajları istənilən vaxt ləğv edə bilərlər.
Funksiya “Android” və iOS istifadəçiləri üçün mərhələli şəkildə istifadəyə veriləcək.
Hazırda yeni funksiya beta-test rejimi istifadəçiləri üçün aktivdir.