Müğənni Kamilə Nəbiyeva oğlu üçün xüsusi ad günü mərasimi təşkil etməyə hazırlaşır.
Sənətçi övladının bir yaşının tamam olması münasibətilə geniş məclis keçirəcək.
Bu barədə o, "Qonaqcanlı" verilişində danışıb. Kamilə bildirib ki, oğlunun doğum günü dekabrın 11-nə təsadüf etsə də, şənliyi ayın 14-də paytaxt restoranlarından birində təşkil edəcək.
Müğənninin sözlərinə görə, mərasimdə onun üçün dəyərli olan qohumları və sənət dostları iştirak edəcəklər.
Xatırladaq ki, Kamilə Nəbiyeva ötən il prodüser Pərvin Fətəliyevlə ailə həyatı qurub.