Ölümünə inanılmayan qadın, kişi uğrunda dava və döyülən usta – “Söz qaytaran” -VİDEO

APA TV-nin maraqla izlənilən “Söz qaytaran” verilişinin növbəti buraxılışı efirə gedib.

APA TV-yə istinadən, verilişdə cəmiyyətdə diqqət çəkən bir sıra maraqlı və düşündürücü hadisələr müzakirə olunub.

Belə ki, 10 ay əvvəl dünyasını dəyişən qadının ölümünə məmurların niyə inanmadığı məsələsinə toxunulub. Baş verən hadisə ilə bağlı maraqlı məqamlara diqqət çəkilib.

Verilişdə bir kişi uğrunda dava edən qadınların məhkəmə prosesi də müzakirəyə çıxarılıb. Aparıcı hadisəyə özünəməxsus ironik yanaşması ilə münasibət bildirib, diqqətçəkən şərhlər səsləndirib.

Bakıda gördüyü işin müqabilində pulunu ala bilməyən ustanın başına gələnlər də verilişin əsas mövzularından biri olub. Bildirilib ki, usta nəinki zəhmət haqqını ala bilməyib, hətta döyülərək çənəsi sındırılıb.

Aparıcı hər üç hadisəni özünəməxsus üslubda şərh edərək cəmiyyətdə rast gəlinən qəribəliklərə və sosial problemlərə diqqət yönəldib.

Daha ətraflı APA TV-nin “Söz qaytaran” verilişində: