Azərbaycanda ofis ləvazimatları satan şirkətin gəlirləri 14 milyon manatı ötüb – Hesabat

Azərbaycanda ofis və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan “Antaris” QSC 2025-ci ili 328 min manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 7,3% azdır.

Şirkətin illik maliyyə hesabatına əsasən, əsas əməliyyat gəlirləri 5,3% artaraq 14,03 milyon manata, satışın maya dəyəri isə 5,8% artaraq 13,62 milyon manata çatıb.

Şirkətin ümumi mənfəəti 410 min manat, işçi heyəti üzrə xərcləri isə 6,2% artımla 629,5 min manat təşkil edib.

2026-cı ilin əvvəlinə “Antaris”in cəmi aktivləri 39,1% artaraq 3,24 milyon manata yüksəlib. Şirkətin mal ehtiyatları 2,4 dəfə artaraq 1,69 milyon manata, qısamüddətli debitor borcları 62% artaraq 915,2 min manata, pul vəsaitləri isə 72,6% artaraq 432,9 min manata çatıb.

Hesabat dövründə şirkətin cəmi öhdəlikləri 68,1% artaraq 2,91 milyon manata yüksəlib, cəmi kapitalı isə 44,8% azalaraq 331 min manata düşüb.

“Antaris” QSC-nin nizamnamə kapitalı 3 min manatdır.