Qazaxıstanın Almatı şəhərində baş verən yanğın nəticəsində biri azyaşlı olmaqla beş nəfər həlak olub.
Bu barədə yerli "Zakon.kz" nəşri şəhərin Fövqəladə Hallar Departamentinə istinadən məlumat yayıb.
Yanğın noyabrın 26-na keçən gecə şəhərin Bostandık rayonunda baş verib.
"Hadisə yerində biri azyaşlı olmaqla beş nəfərin meyiti aşkarlanıb", - qurumdan bildirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.