Çempionlar Liqası: “Sabah” - “Barselona” matçında 5-ci qol

“Sabah” – “Barselona” matçında ilk fit çalınıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turu çərçivəsində keçirilən qarşılaşmaya start verilib.

Bakı Olimpiya Stadionunda təşkil olunan görüşün baş hakimi FİFA referisi Nikolas Uolşdur.

Qeyd edək ki, Azərbaycan çempionu əvvəlki dörd turda 1 qələbə qazanıb, 3 dəfə məğlub olub. “Barselona” turnir cədvəlində 8-ci, “Sabah” 30-cu pillədə qərarlaşıb.