Bərdədə arxdan qadın meyiti tapıldı

Bərdə rayonunda qadın meyiti aşkarlanıb.

Modern.az-ın məlumata görə, hadisə rayonun Saatlı kəndində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 1982-ci il təvəllüdlü Nigar Məmmədovanın meyiti su arxında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

(Qafqazinfo)