Stenford Universitetinin alimləri uşaqlarda diqqət çatışmazlığı, hiperaktivlik və təşviş pozuntusu ilə əlaqəli üç fərqli beyin fəaliyyət nümunəsi müəyyənləşdiriblər.
Bu barədə “ScienceDaily” məlumat yayıb.
Tədqiqat zamanı minlərlə uşağın funksional maqnit-rezonans tomoqrafiyası nəticələri süni intellekt vasitəsilə təhlil edilib.
Alimlər müəyyən ediblər ki, oxşar diaqnozu olan uşaqlarda beynin müxtəlif bölgələrinin fəaliyyətində fərqli dəyişikliklər müşahidə oluna bilər.
Bəzi bioloji xüsusiyyətlərin xəstəlik diaqnozu qoyulmazdan əvvəl də mövcud olduğu aşkarlanıb.
Tədqiqatın gələcəkdə erkən diaqnostika və fərdiləşdirilmiş müalicə üsullarının inkişafına kömək edə biləcəyi bildirilir.