Misirdə sisternin aşmasından sonra baş verən yanğında ölənlərin sayı 30-u ötüb - YENİLƏNİB

Misirdə neft məhsulları daşıyan sisternin dairəvi yol qovşağında aşmasından sonra baş verən yanğın nəticəsində 31 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

***

Misirin paytaxtı Qahirədə yanacaqdaşıyan avtomobilin partlaması nəticəsində 30 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Hadisə Giza vilayətinin Əl-Varrak rayonunda dairəvi avtomobil yolunda baş verib.

Yerli medianın məlumatına görə, partlayışdan sonra baş verən yanğın nəticəsində daha bir neçə avtomobilə ziyan dəyib.