Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” “Cənub Qaz Dəhlizi”nin 2026–2029-cu illərdə illik kapital xərclərinin təxminən 200 milyon ABŞ dolları olacağını gözləyir.
“Şirkətin hər il əldə etdiyi pul vəsaitlərinin böyük hissəsi “Cənub Qaz Dəhlizi”nin dividend ödəmək imkanları nəzərə alınmaqla dividend şəklində bölüşdürülür”, – deyə “Fitch”in materiallarında qeyd olunub.
Agentlik vurğulayıb ki, dividend ödənişlərinin həcmi “Cənub Qaz Dəhlizi”nin maliyyə imkanlarından asılıdır.