ARB kanalı Elgiz Əkbərlə bağlı açıqlama yayıb.Oxu24.com bildirir ki,kanal yaydığı açıqlamada aparıcı Elgiz Əkbərin onların rəsmi əməkdaşı olduğunu bəyan edib."Elgiz Əkbərin özünə məxsus YouTube kanalında yayımlanan “Şadlıq olsun” layihəsinin ARB Televiziyası ilə heç bir əlaqəsi yoxdur.Layihənin çəkilişləri zamanı ARB Televiziyasına məxsus texniki avadanlıqdan, pavilyondan və əməkdaşların xidmətindən istifadə olunmur.Qeyd edək ki, Elgiz Əkbər hazırda ARB Televiziyasının əməkdaşı olsa da, hələ ki televiziyanın heç bir layihəsində iştirak etmir və hər hansı layihə üzrə öhdəlik daşımır",-deyə məlumatda qeyd olunur.Nigar