ABŞ-də polis avtomobilində “Bakılı balası” dinlənilib (VİDEO)

ABŞ-də yaşayan azərbaycanlı müğənni küçədə maraqlı mənzərə ilə qarşılaşıb. O, polis avtomobilində olan əməkdaşın Xalq artisti Eyyub Yaqubovun ifasında “Bakılı balası” mahnısını dinlədiyini görüb.

2013-cü ildə “Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov həmin anı sosial şəbəkə hesabında paylaşıb.

Paylaşım sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.