Türkiyəli model Ebru Şallı ilə iş adamı Uğur Akkuş arasında boşanma qalmaqalı yeni mərhələyə qədəm qoyub. Akkuşun keçmiş həyat yoldaşından 500 milyon TL (təxminən 16,8 milyon manat) tələb etdiyi və əmlakın müsadirəsi prosesinin başladığı bildirilir.
U.Akkuşun vəkili Elif Hevadpal cütlüyün hələ rəsmi olaraq boşanmadığını açıqlayıb.
O bildirib ki, tərəflər arasında 2024-cü ildə başlayan boşanma prosesi yekunlaşmayıb. Bununla yanaşı, Akkuşun tərəfi nikah dövründə həyata keçirilmiş bəzi maliyyə əməliyyatları ilə bağlı Ebru Şallıya qarşı hüquqi iddialar qaldırıb.
Elif Hevadpal mediada cütlüyün artıq boşandığı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
Məsələ ilə bağlı başladılan hüquqi proses və 500 milyon TL-lik tələb Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olub.