İran rəsmiləri blokadanı güc yolu ilə qırmaq imkanlarını müzakirə edirlər.
Bu fikirlər Müharibə Tədqiqatları İnstitutunun (ISW) hazırladığı hesabatındandır.
Qeyd edilir ki, təklif olunan addımlara bölgəyə neft tankerlərinin yerləşdirilməsi, eləcə də Amerika və ABŞ-ı dəstəkləyən regional obyektlərin məhv edilməsi daxildir. “İran həmçinin daha güclü mühərriklərə və zərbədən əvvəl manevr edə bilən döyüş başlıqlarına malik raketlər hazırlayır. Bunlar hədəfləri daha dəqiq vurmaq və raketlərin vurulma ehtimalını azaltmaq üçün nəzərdə tutulub”.
İnstitut qeyd edib ki, istifadə olunan texnologiyaların oxşarlığı, çox güman ki, İrana istehsal zəncirində minimal dəyişikliklərlə oxşar raketlər istehsal etməyə imkan verəcək.