Bakı şəhərinin Binəqədi rayonunun Aşağı Sulutəpə ərazisində iki azyaşlı qızın ölüm faktı qeydə alınıb. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi anews.az-ın sorğusuna cavab olaraq bildirilib.
Bildiirlib ki, 7 noyabr 2026-cı il saat 09:35-də və noyabrın 22-də saat 06:45-də ərazidən təcili tibbi yardıma çağırış daxil olub.
Hər iki çağırış üzrə ünvanlara təcili tibbi yardım briqadaları göndərilib. Həkiməqədər ölüm faktı 7 noyabrda 2015-ci il təvəllüdlü, noyabrın 22-də isə 2017-ci il təvəllüdlü qız uşağı ilə bağlı qeydə alınıb.
Uşaqların ölüm səbəbi barədə məlumat verilməyib.
Bugün mətbuatda 2 azyaşlı bacının ölümü ilə bağlı məlumatlar dərc edilib.