Kreml Nikol Paşinyanın səfərinə hazırlaşır

Kreml Ermənistan Baş naziri Nikol Paşinyanın səfərinə hazırlaşır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü jurnalistlərin Ermənistan Baş nazirinin qarşıdan gələn səfəri ilə bağlı suallarını cavablandırarkən bildirib: “Səfərə hazırlaşırıq, bu barədə əvvəlcədən razılaşma əldə olunub. Əlavə açıqlama verəcəyik”.

Səfərin dekabr ayında baş tutacağı gözlənilir.