Azərbaycanı UEFA Çempionlar Liqasının 2026-2027 mövsümündə təmsil edən “Sabah” (Bakı) liqa raundunda böyük beşlik ölkələrinin iki komandası ilə görüşüb - İngiltərədən “Mançester Yunayted”, Almaniyadan “Borussiya” (Dortmund). Onun böyük beşlikdən növbəti rəqibləri İspaniyadan “Barselona”, “Vilyarreal”, İtaliyadan “Napoli”, İngiltərədən “Arsenal”dır.
Medianews.az bildirir ki, indiyədək Azərbaycanın daha 4 komandası UEFA-nın klub turnirlərində böyük beşlik təmsilçiləri ilə üz-üzə gəlib.
“Qarabağ” (Ağdam) İngiltərədən “Liverpul”, “Çelsi”, “Tottenhem”, “Arsenal”, “Nyukasl”, İspaniyadan “Sevilya”, “Atletiko”, “Vilyarreal”, “Atletik”, İtaliyadan “İnter”, “Napoli”, “Roma”, “Fiorentina”, Almaniyadan “Borussiya” (Dortmund), “Ayntraxt” (Frankfurt), “Bayer”, “Frayburq”, Fransadan “Marsel”, “Lion”, “Monako”, “Sent-Etyenn”, “Nant”a rəqib olub.
“Qəbələ” Almaniyadan “Borussiya” (Dortmund), “Maynts”, Fransadan “Sent-Etyenn”, “Lill”lə oynayıb.
“Neftçi” (Bakı) İtaliyadan “İnter”i görüb.
“Şamaxı” komandası “İnter” (Bakı) adı daşıyan vaxt İspaniyadan “Atletik”lə meydana çıxıb.