Litvada 800-ə yaxın azərbaycanlı gənc təhsil alır.
Trend-ə istinadən, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi ilə birgə mətbuat konfrasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, ötən il ölkəmizə Litvadan 3 mindən çox turist gəlib
"Bu rəqəmlər iki ölkə arasında birbaşa uçuşlar məsələsinin həllinə təkan verə bilər. İki ölkə müxtəlif beynəlxalq platformalarda faydalı fikir mübadilələri aparır", - nazir deyib.
Xatırladaq ki, Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 24-26-da Azərbaycana səfərdə olacaq.