Litvadan olan bir qrup iş adamı və şirkət rəhbəri Azərbaycana səfər edib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budris ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Litva arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensial mövcuddur və bu istiqamətdə atılmalı addımlar barədə həmkarı ilə ətraflı fikir mübadiləsi aparılıb:
“Litvalı nazir sabah keçiriləcək biznes forumunda və digər tədbirlərdə iştirak edəcək”.
Nazir iki ölkənin iş adamlarını və şirkətlərini bir araya gətirməyin, onların birbaşa ünsiyyətini və qarşılıqlı əməkdaşlığını təşviq etməyin əhəmiyyətini vurğulayıb.