Özbəkistan və İsveçrə ölkənin Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus müsadirə edilmiş aktivlərin növbəti hissəsinin qaytarılması barədə razılığa gəliblər.
Bu barədə "İnterfaks" məlumat yayıb.
Özbəkistanın İqtisadiyyat və Maliyyə Nazirliyindən bildirilib ki, qaytarılacaq vəsaitin məbləği 252,5 milyon dollar təşkil edəcək.
Vəsait BMT və Dünya Bankının iştirakı ilə “İşonç-2030” trast fondu vasitəsilə səhiyyə və təhsil sahələrində sosial proqramların maliyyələşdirilməsinə yönəldiləcək.
Qeyd edək ki, tərəflər 2022 və 2025-ci illərdə də aktivlərin qaytarılmasına dair sazişlər imzalayıblar. Həmin sazişlər çərçivəsində ümumilikdə təxminən 313 milyon dolların qaytarılması nəzərdə tutulub. Müxtəlif ölkələrdə Gülnarə Kərimova ilə əlaqəli aktivlərin ümumi dəyəri təxminən 1,4 milyard dollar qiymətləndirilib.
Gülnarə Kərimova hədə-qorxu ilə tələb etmə, mənimsəmə və cinayətkar birlik yaratma ittihamları üzrə məhkum edilib. 2020-ci ildə onun həbs cəzası 13 il 4 aya qədər artırılıb.