Gəncədə avtobus 76 yaşlı qadını vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan 6 saylı xətt üzrə işləyən sərnişin avtobusu yolu qarşı tərəfə keçmək istəyən 76 yaşlı S.İmanovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib,onun vəziyyətinin orta ağır olduğu bildirilir.