7 yaşlı uşaq su hövzəsində boğulub

Yardımlı rayonunun Gendərə kəndində azyaşlı su hövzəsində boğularaq ölüb. Hadisə noyabrın 24-də baş verib. Kənd sakini, 2019-cu il təvəllüdlü Əli Qurbanlı yaşadığı kənddə yerləşən su hövzəsində boğulub. Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.