Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heyvandarlıq və quşçuluq müəssisələrinin binalarının layihələndirilməsi ilə bağlı yeni normalar təsdiq edib. Bu barədə Komitənin sədri Anar Quliyev qərar imzalayıb.
Qərara əsasən, “Heyvandarlıq və quşçuluq müəssisələrinin binaları və yerləşgələri. Layihələndirmə normaları” heyvan və quşların saxlanılması üçün yeni tikilən və yenidən qurulan müəssisələrin bina və tikililərinin layihələndirilməsinə şamil olunur.
Qərarın icrasına nəzarət Komitə sədrinin müavini Dövlətxan Dövlətxanova həvalə edilib.
Qərarla, həmçinin SSRİ Dövlət Tikinti Komitəsinin 18 iyun 1984-cü il tarixli qərarı ilə təsdiq edilmiş СНиП 2.10.03-84 “Животноводческие, птицеводческие и звероводческие здания и помещения” normativ sənədinin Azərbaycanda hüquqi qüvvəsi dayandırılıb.